Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq gücləndirilir— FOTO

SOSİAL 22 okt 2021, 21:22
“İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) Ukraynanın Kiyev şəhərinə səfəri çərçivəsində Beynəlxalq Regionlararası Heyətin İdarəedilməsi Akademiyasını(MAUP) ziyarət edib. Ukraynanın ən böyük ali təhsil müəssisələrindən biri olan akademiyaya səfər çərçivəsində birliyin sədri Fərid Şahbazlı və Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli universitetin rəhbərliyi və azərbaycanlı tələbələrlə görüşüb.

İGİB-in nümayəndə heyəti ilk öncə Ulu öndər Heydər Əliyevin universitetdəki büstünü ziyarət edib.
Daha sonra universitetdə təhsil alan azərbaycanlı fəal gənclərlə görüş keçirilib və onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, birliyin təşəbbüsü ilə azərbaycanlı və ukraynalı tələbələrlə birgə hər iki ölkənin bayraqlarının müşayəti ilə fləşmob baş tutub.

Daha sonra akademiyanın prezidenti Rostislav Şekin beynəlxalq əlaqələr şöbəsinin müdiri Andrey Bojkov və digər rəsmi şəxslərin iştirakı ilə baş tutan görüşdə bu təhsil müəssisəsi ilə Azərbaycan arasındakı əməkdaşlığın perspektivləri və universitetdə təhsil alan azərbaycanlı tələbələrin təhsil vəziyyəti müzakirə olunub.
Aparılan qarşılıqlı müzakirələrin yekununda MAUP-la Azərbaycan universitetləri arasında aktiv əməkdaşlıq əlaqələrinin qurulması və ortaq layihələrin icrası ilə bağlı razılığa gəlinib.

    

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top