RİİB könüllüsü, şəhid Cavanşir Həmidlinin xatirəsi yad edilib — FOTO

SOSİAL 20 okt 2021, 19:34
20 oktyabr “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Lerik rayonundan olan könüllüsü, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş Cavanşir Həmidlinin doğum günüdür.

Doğum günündə Cavanşir Həmidlinin əziz xatirəsini yad edən RİİB könüllüləri onun ruhuna hörmət və ehtiram əlaməti olaraq məzarını ziyarət edib, İctimai Birliyin kollektivi adından məzarı önünə əklil qoyublar. Könüllülər həmçinin, Cavanşirin ailəsi ilə də görüşərək xatirələrini bölüşüblər.

Vətənpərvərliyi, səmimiyyəti və işgüzarlığı ilə seçilən Cavanşir Həmidlinin əziz xatirəsi daim qəlblərdə yaşayacaq.
RİİB könüllüsü, şəhid Cavanşir Həmidlinin xatirəsi yad edilibRİİB könüllüsü, şəhid Cavanşir Həmidlinin xatirəsi yad edilib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top