Noyabrda yenidən qapanma olacaq? — AÇIQLAMA

SOSİAL 20 okt 2021, 18:20
Dünya ölkələrində pandemiya ilə bağlı durum yenidən kritikləşib. Avropa İttifaqının bəzi ölkələrində koronavirusdan qorunmaq məqsədilə komendant saatı tətbiq olunub. Küçələrdə maskasız gəzmək qadağası bərpa edilib, təhsil müəssisləri və restoranlar bağlanıb. Azərbaycanın epidemioloji durumu da gərginləşməkdə davam edir. Gündəlik yoluxma və ölüm sayında artım davam edir.

Müşahidələr göstərir ki, ölkədə aparılan vaksinasiya və bu prosesə qoşulan kütləvi cəlbetmə də yoluxmanın azalmasına təsir etmir. 

Bu dəfə yoluxma ölkənin ölkənin kütləvi və strateji obyekti olan təhsil müəssisələrində sürətlənməyə başlayıb. Rəsmi qurumlar inkar etsə də, sosial mediada məktəblərin bağlanması və distant təhsilə keçiləcəyi ilə bağlı fərqli açıqlamalar yer alır. Bununla yanaşı mütəxəssislər pandemiya ilə bağlı ölkədə ilin sonuna doğru 4-cü dalğanın tüğyan edəcəyini, durumun gərginləşcəyini proqnozlaşdırırlar. 

Bu səbəbdən noyabr ayında qapanma olacağına dair söyləntilər də gəzir. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında millət vəkili Fazil Mustafa qapanmaların əleyhinə olduğunu bildirib:

“Qətiyyən qapanmalara getmək lazım deyil. Bu, çıxış yolu deyil. Qapanma insanların daha da yoxsullaşması deməkdir. Müəyyən dərəcədə fərdi məsuliyyətin artırılması üçün gündəlik təbliğat getməlidir. Sadəcə insanlar başa salınmalıdır ki, heç nəyə arxayın olmaq lazım deyil. Fərdi şəkildə özünü qorumaq lazımdır. Qapanma əksinə müəyyən problemlərin artmasına səbəb olur. Fəlakətli bir durum olsa, ona baxmaq olar”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top