Abşeronda şəhidin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı oldu — FOTOLAR

SOSİAL 20 okt 2021, 13:20
Xırdalan şəhərində şəhid əsgər Mehdiyev Rəşad Rəhman oğlu xatirəsinin əbədiləşdirmək məqsədi ilə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. 

Demokrat.az xəbər verir ki, açılışda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş-səngər yoldaşları, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib. Şəhidlərin xatirəsinin əbədiləşdirmək istiqamətində rayon ərazisində bir sıra tədbirlərin görüldüyünü vurğulayan İ.Gülməmmədova deyib ki, vətənin bütövlüyü uğrunda canından keçən igid oğullarımızın adları küçələrə verilib və həmin küçələr abadlaşdırılıb.

Sonra Ü.Mehdiyev çıxış edərək şəhidin döyüş yolundan və xatirələrdən danışıb.

Daha sonra Rəşad Mehdiyevin il mərasimi ilə əlaqədar qurulan çadırda qəhrəmanımızın ruhuna dualar oxunub.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəşad Mehdiyevin ailə üzvləri də ölkədə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bir 8 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 1 nəfər, açıq hava və abidə şəkili ola bilərBir 2 nəfər və açıq hava şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 8 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 7 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilər

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top