Alimlər koronavirusla bağlı növbəti xəbərdarlıq etdi

DÜNYA 19 okt 2021, 20:43
Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər.

Bu barədə "Financial Times" məlumat yayıb.

"AY.4.2" adlanan yeni ştamm dünya ölkələrində tüğyan edən sələfindən 10-15% daha infeksion sayılır. Alimlərə görə, "AY.4.2" pandemiya dövründə ən yoluxucu koronavirusa çevriləcək", - məlumatda deyilir.

Hazırda dünyada ən çox yayılmış "delta" ştammı koronavirusun yeni mutasiyası ortaya çıxana qədər planetdə hakim olacaq.(report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top