Prezident Özdemir Bayraktarın vəfatı ilə əlaqədar Ərdoğana başsağlığı verdi

SİYASƏT 19 oktyabr 2021, 18:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top