Nazir Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqladı

XARİCİ SİYASƏT 19 okt 2021, 13:29
“Azərbaycan üçün prioritet məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və həmin yerlərdən olan vətəndaşlarımızın ata-baba yurdlarına qaytarılmasıdır. Azərbaycan bu sahədə sistemli addımlar atır”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə birgə keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır: “Bunun üçün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli bəyanatın icrası tələb olunur. Azərbaycan öz öhdəliklərinə əməl edir və edəcək”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top