Sosial

Bu il qeydə alınan nikah və boşanmaların sayı açıqlandı

Bu il qeydə alınan nikah və boşanmaların sayı açıqlandı

Bu il Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Demokrat.az-a bildirilib ki, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb.

Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.

Demokrat.az

D
demokrat.az