Pakistanın spikeri: “Azərbaycan hökuməti və xalqını səmimi qəlbdən təbrik edirəm”

GÜNDƏM 19 okt 2021, 00:26
“Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş tədbirdə çıxış etmək şərəfdir. Azərbaycan hökumətini və xalqını səmimi qəlbdən təbrik edirəm”.

Bu barədə Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysər "Twitter"dəki səhifəsində etdiyi paylaşımda yazıb.

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş tədbirdə çıxış edən parlament Sədri sosial şəbəkədəki paylaşımında iki ölkə arasında dostluq münasibətlərinin güclü olmasından bəhs edib.

“Pakistan və Azərbaycanı dərin etimad və dostluq əlaqələri birləşdirir. Ümumi məqsədlərimizə çatmaq üçün birlikdə çalışmağa ümid edirəm”, - deyə Pakistan Milli Assambleyasının Sədri vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top