Oğul ananı üç aydır evə buraxmır — Qusarda ŞOK HADİSƏ

HADİSƏ 18 okt 2021, 17:12
Qusarda tükürpədici hadisə sakinlərdə böyük məyusluq hissi oyadıb.

KONKRET.az-ın şimal bölgəsi üzrə xüsusi müxbirinin verdiyi məlumata görə, Qusar rayon sakini, H.Əliyev, ev.146, m.23 ünvanında qeydiyyatda olan 79 yaşlı Pirəliyeva Mehristan Xanmirzə qızını oğlu evindən qovub. Hazırda 4 oğlu olan ana müxtəlif instansiyalara müraciət edib.

Kiçik oğlu Nəriman Pirəliyev və həyat yoldaşı Samirə Pirəliyeva ananı evdə saxlamaq istəmir.

Mehristan nənə deyir ki, hazırda o, böyük oğlu Alim Pirəliyevin evində Urva Kəndində qalır.

Ana istəyir ki, öz evinə qayıtsın. Lakin 3 aydır onu öz evinə buraxmırlar.

Qeyd edək ki, ev dünyasını dəyişmiş həyat yoldaşı Pirəli Pirəliyevin adınadır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top