Jurnalist işgəncə və kütləvi zorlamadan yazır, onu tutub hadisənin baş verdiyi həmin həbsxanaya salırlar

MEDİA 17 okt 2021, 15:50
Qonşu Iranın xəbər portallarını izləyəndə görürsən ki, hədəf yalnız bizik, yəni Azərbaycandır. Guya ki, jurnalistlərimiz azad deyillər, yuxarıdan göstəriş olmasa, heç biri müstəqil fikir söyləməyə cəsarət etmirlər.

İndi təsəvvür edək, jurnalist həbsxanada mənəvi işgəncə və kütləvi zorlama hallarından yazır, onu saxlayıb qeyd etdiyi özbaşınalıq və qanunsuzluqların baş verdiyi həmin həbsxanaya salırlar. Özünə də deyirlər ki, səni də eyni aqibət gözləyə bilər, dilini dinc saxla. Bu, uydurulmuş ssenari deyil, İranda 26 yaşlı xanım jurnalist Sapidə Holianın başına gələn oyundur. Sözügedən həbsxana isə İranın Buşər həbsxanasıdır.

Holian özünün twitter hesabında haqqında söz açdığım mesajı yazdıqdan sonra onun Tehrandakı evinə basqın olub. Hüquq-mühafizə orqanlarının təmsilçiləri jurnalist-fəalı Buşərə aparıb, ordan isə Tehrana gətiriblər.

Belə bir halın yaşandığını diqqətə çatdırmaqla İrandakı siyasi rejimin nə dərəcədə ciddi deqradasiyaya uğradığını görmək mümkündür. Amma təəccüblənmirəm. Bir ölkə ki varlığını narkotrafik olmaq üzərində qurur, onunla bağlı nəyəsə təəccüblənmək doğru sayılmaz. Yalnız təəssüflənmək lazımdır. İslam dünyasında öncüllüyə iddialı, tarixi ənənələrə malik ölkənin düşdüyü durum həqiqətən utancvericidir.

Bax, budur İran həqiqətləri...

Mətbuat Şurasının sədri Əflatun Amaşov
visiontv.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top