İsrail, Rusiya və ABŞ-ın Təhlükəsizlik Şuraları İranla bağlı görüş keçirəcək

GÜNDƏM 17 okt 2021, 12:15
İsrail, Rusiya və ABŞ-ın Milli Təhlükəsizlik Şurası İranla bağlı görüş keçirəcək.

Bu  haqda informasiyanı "Azad İran" Teleqram kanalı yayıb.

Mənbə yazır ki, İsrailin Rusiyadakı səfiri Aleksandr bin Zevi rəsmi Təl-Əviv, Moskva və Vaşinqtonun İran və Suriya ilə bağlı birgə görüşün keçirilməsi  haqda razılaşma əldə edildiyini qeyd edib.

O, oktyabrın 16-da Rusiyanın "Sputnik" agentliyinə müsahibəsində deyib: "Görüşün günü və saatı hələlik dəqiqləşdirilməyib. Biz toplantıya ev sahibliyi etməyə hazırıq, ancaq, bununla bağlı hansısa razılaşma əldə olunmayıb”.

Səfir habelə görüşdə İran, Suriya və Yaxın Şərq bölgəsi ilə əlaqədar bir sıra məsələlərə dair fikir mübadiləsi aparılacağını deyib.

Rusiya prezidenti Vladimir Putinin İsrail Baş naziri Naftali Bennet ilə oktyabrın 22-də Soçidə baş tutacaq görüşündən sonra üçtərəfli görüşün də keçiriləcəyi ehtimal olunur./bizim.media
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top