Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün işlərə başlanıldı

GÜNDƏM 16 okt 2021, 15:00
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı qurumlar Ermənistanın Oxçuçayı çirkləndirmə səviyyəsini azaltması ilə bağlı əməli işlərə başlanılıb”.

Demokrat.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, çayların çirkləndirilməsinin dayandırılması vacib məsələdir: “Çünki azad edilən ərazilərə qayıdan əhalinin təmiz su ilə təminatı dövlətin öhdəliyidir”.

V.Kərimov xatırladıb ki, Azərbaycanın Ermənistan ərazisindən keçib gələn 4 çayı var: “Bunlar Bərgüşad, Oxçuçay, Bəsitçay və Araz çayıdır. Araz çayı İran və Ermənistan ərazilərindən keçməklə gəlir. Bu çayların içərisində çirklənməsinə görə kritik vəziyyətdə olan Oxçuçaydır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top