Milli Məclis Zəfər Günü ilə bağlı xüsusi iclas keçirəcək

DAXİLİ SİYASƏT 16 okt 2021, 13:29
Milli Məclis 8 Noyabr - Zəfər Gününün birinci ildönümü ilə bağlı xüsusi iclas keçirəcək.

Bunu "Report"a açıqlamasında parlament Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

O bildirib ki, toplantıda Vətən müharibəsi, Azərbaycanın qələbəsi və 8 Noyabr - Zəfər Günü ilə bağlı çıxışlar ediləcək: "Daha sonra isə Milli Məclisin bəyanatı qəbul olunacaq".

Qeyd edək ki, ötən ilin dekabrın 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top