Azərbaycandakı diplomatik korpus nümayəndələri Talış kəndindədir — YENİLƏNİB

QARABAĞ 16 okt 2021, 11:40
Xarici ölkələrin Azərbaycandakı diplomatik korpus təmsilçiləri və yerli media nümayəndələrinin işğaldan azad edilən ərazilərə növbəti səfəri başlayıb. 

"Report"un səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, nümayəndə heyəti hazırda Tərtər rayonunun Talış kəndindədir. 

Diplomatları və media təmsilçilərini Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşaiyət edir.

Səfər iştirakçıları Talışdan sonra Suqovuşan qəsəbəsinə gedəcəklər. 

***08:30

Diplomatik korpus və yerli media nümayəndələrinin işğaldan azad edilmiş Suqovuşana səfəri təşkil olunub.


Demokrat.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi iə baş tutacaq səfərdə Suqovuşan və Talış kəndləri ilə tanışlıq nəzərdə tutulur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top