Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevanı təbrik etdi

DAXİLİ SİYASƏT 15 okt 2021, 11:13
“İclasımız tarixi gün ərəfəsində keçirilir. Bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 30 il ötür”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, həmin vaxt ölkəmizin qarşısında duran ən vacib məsələlərdən biri dəyişən şəraitə uyğun dövlət quruculuğu yaratmaq idi: “Həmin dövrdə hərc-mərclik, hakimiyyət davası dövləti idarəedilməz hala gətirmişdi. Erməni silahlı birləşmələri fürsətdən istifadə edərək işğalı günü-gündən genişləndirirdi. 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı xilas etdi. Xilaskarlıq missiyasını yerinə yetirmək yolunda onun fəaliyyəti bu binadan başlamışdı”.

Spiker bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə söz sahibi olan qüdrətli dövlətdir: “Əminliklə demək olar ki, qarşıdakı dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq”.

S.Qafarova təklif edib ki, Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.

Deputatlar sədrin təklifini dəstəkləyiblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top