Təhsil Nazirliyi: "Dərsliklərlə bağlı problem yoxdur"

SOSİAL 14 okt 2021, 17:10
"Mən deməzdim ki, məktəblərdə dərsliklər çatışmır. Təhsil Nazirliyinin dərsliklərlə bağlı hər zaman xüsusi planları var. Hansı dərsliklər ki, yenidən çap olunmalıdır, onlar çap olunur".

Demokrat.az xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yararsız vəziyyətə düşən dərsliklər qanunvericiliyə əsasən dörd ildən bir yenilənir: "Bu istiqamətdə işlər daim davam edir. Çap olunan dərsliklər şagird sayı nəzərə alınaraq tirajlanır".

"Dərsliklərin hazırlanması ciddi prosesdir. Çünki vəsaitlərin hazırlanması üçün mütəxəssislərin rəyi nəzərə alınmalıdır. Prosesdə həm müvafiq ali təhsil müəssisələri, həm Dövlət İmtahan Mərkəzi, həm də Azərbaycan Milli Elmlər Akademiyası iştirak edir. Hər bir fənnə aid dərsliklərin hazırlanmasında həmin sahənin mütəxəssisləri mütləq iştirak edir və nəticədə dərslik ciddi ekspertizadan keçirilir", - nazir müavini qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top