Qubada torpaq sürüşməsi oldu,10 ailə...


SOSİAL 13 okt 2021, 20:47
Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb. Əlli hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.

Hadisə yerinə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib. Sürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə köçürülüb.

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən naryad təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top