İranın baş prokuroru İrəvana gəldi

REGİON 13 okt 2021, 00:26
İranın Baş prokuroru Məhəmməd Cəfər Müntəziri bu gün Ermənistana səfər edib.

3 gün davam edəcək səfərin Müntəzirin erməni həmkarı Artur Davtyanın dəvəti ilə baş tutduğu bildirilib.

Müntəziri və Davtyan arasında geniş tərkibdə görüş də keçirilib.

Görüşdə tərəflər narkotik dövriyyəsinə qarşı mübarizə, bu istiqamətdə gömrük nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyaya qarşı birgə hərəkət və s. məsələləri müzakirə ediblər./Axar.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top