Bu ölkədə qadınlar orduda xidmət edəcəklər

DÜNYA 12 okt 2021, 20:33
Küveyt Müdafiə Nazirliyi qadınların orduda xidmət etməsinə icazə verib.
 
Bu  barədə ölkənin müdafiə naziri Həməd Cabir Əli əs-Sabah qərar imzalayıb.
 
Nazir bildirib ki, vüveytli qadınlar bütün sahələrdə, ölkənin keçdiyi ən çətin şərtlərdə və dövrlərdə kişilərlə bərabər hüquqlu olduqlarını sübut edib.
 
"Buna görə onlara Küveyt Ordusunda xidmət etmə imkanı verməyin vaxtı gəlib" - deyə nazir qeyd edib.
 
Qeyd olunur ki, erkən mərhələlərdə qadınlar Küveyt ordusunun tibb və köməkçi hissələrində kiçik zabit və mütəxəssis kimi xidmət edə biləcəklər. (modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top