DÇ-2022: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

İDMAN 12 okt 2021, 08:43
Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Demokrat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olacaq. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qarşılaşmanı Belçikadan olan FIFA referisi Erik Lambrexts idarə edəcək.

Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə müdafiəçi Straxinya Pavloviç və yarımmüdafiəçi Filip Curiçiç cəza, digər arxa xətt oyunçusu Nikola Milenkoviç isə zədə səbəbindən oynamayacaq. Bundan başqa, 6 futbolçu - Aleksandar Mitroviç, Duşan Tadiç, Nemanya Qudel, Uroş Spayiç, Nemanya Maksimoviç və Nemanya Radonyiç sarı vərəqə limitindədirlər.

Bu komandaların Bakıdakı duelindən serbiyalılar qalib ayrılmışdı - 2:1. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu - 5-ci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi Lüksemburqu qəbul edəcək.

DÇ-2022, seçmə mərhələ

VIII tur

A qrupu

22:45. Serbiya - Azərbaycan


Hakimlər: Erik Lambrexts, Rien Vanizer, Jo De Vayrdt, Natan Verboomen (Belçika)

Belqrad. "Rayko Mitiç" stadionu

Xal durumu: Serbiya - 14 (6 oyuna), Portuqaliya - 13 (5), Lüksemburq - 6 (5), İrlandiya - 5 (6), Azərbaycan - 1 (6)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top