Daxili işlər orqanlarında yeni TƏYİNAT

GÜNDƏM 09 okt 2021, 12:50
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Demokrat.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Tahir Fərzəliyev Cəlilabad Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi təyin olunub. O, bundan əvvəl Astara Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Qeyd edək ki, Cəlilabad Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Mirfariz Ağalarov vəzifəsindən azad edilərək, sərəncama götürülüb.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top