Gəncə şəhərində fəaliyyət göstərən zavodların birində fəhlə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhər sakini, 1965-cı il təvəllüdlü Elçin Şəfiyevin sağ qolu işlədiyi "Kristal Beton" zavodunda avtomobilə qum-çinqıl tökən avadanlığın altındakı qurğunun rezin hissəsinə ilişib. Bu zaman qurğu onun qolunu qoparıb.
E.Şəfiyev ağır halda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Demokrat.az