Neçə nəfər kirayə yolla mənzil alıb? AÇIQLAMA


SOSİAL 09 okt 2021, 00:09
Bu günə qədər kirayə yolu ilə mənzil satışı mexanizmi çərçivəsində 1054 nəfərə mənzil verilib.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Məlumata görə, növbə məsələsi qaydasına salınıb və proseslər tezləşdirilib.

Qeyd edək ki, kirayə yolu ilə mənzil satışına 2020-ci ildən başlanılıb. Bu mexanizmə görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verir və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edir.

Kirayə yolla mənzil sahibi olmaq istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidir:

- Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti;
- məhkumluğun olmaması;
- müraciət anına vaxtı keçmiş öhdəliklərin olmaması;
- müraciət anına yaşın 60 yaşdan yuxarı olmaması;
- müraciət anına Fondla aktiv kirayə münasibətlərində olmaması;
- sənədlə təsdiq edilən gəlirlərə malik olması.

Mənzillərin sahəsi və aylıq ödənişləri:
Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən yaşayış kompleksi
1 otaqlı 76.30 kv.m – 616.19 manatdan;
2 otaqlı 102.80 kv.m – 830.20 manatdan;
3 otaqlı 136.60 kv.m – 1103.17 manatdan;
4 otaqlı 187.45 kv.m – 1513.83 manatdan başlayır.

Bakı şəhəri, Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksi:
1 otaqlı 53.25 kv.m – 411.77 manatdan;
2 otaqlı 76 kv.m – 587.69 manatdan;
3 otaqlı 108.53 kv.m – 839.24 manatdan;
4 otaqlı 151.62 kv.m – 1172.45 manatdan başlayır.
Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən yaşayış kompleksi:
1 otaqlı 62.97 kv.m – 448.71 manatdan;
2 otaqlı 91.32 kv.m – 650.73 manatdan;
3 otaqlı 105.75 kv.m – 753.55 manatdan;
4 otaqlı 163.76 kv.m – 1166.92 manatdan başlayır.

Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən yaşayış kompleksi:
1 otaqlı 68.45 kv.m – 498.60 manatdan;
2 otaqlı 105.5 kv.m – 768.48 manatdan;
3 otaqlı 141.06 kv.m – 1027.50 manatdan başlayır.

Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yeni yaşayış kompleksi:
1 otaqlı 57.10 kv.m – 376.74 manatdan;
2 otaqlı 82.70 kv.m – 545.65 manatdan;
3 otaqlı 139.33 kv.m – 919.29 manatdan;
4 otaqlı 145.50 kv.m – 960 manatdan başlayır.

"Sumqayıt Bağça Şəhər" yaşayış kompleksi:
2 otaqlı 45 kv.m – 296.91 manatdan;
3 otaqlı 106 kv.m – 699.38 manatdan başlayır.

Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllədə yerləşən yaşayış kompleksi:
1 otaqlı 69.40 kv.m – 457.90 manatdan;
2 otaqlı 89.80 kv.m – 592.50 manatdan;
3 otaqlı 126.80 kv.m – 836.62 manatdan başlayır.

Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi:
1 otaqlı 50.50 kv.m – 333.20 manatdan;
2 otaqlı 96.67 kv.m – 637.82 manatdan;
3 otaqlı 130.02 kv.m – 857.87 manatdan başlayır.

Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi:
1 otaqlı 63.20 kv.m – 320.25 manatdan;
2 otaqlı 87.00 kv.m – 440.85 manatdan;


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top