Bu sahədə çalışan işçilərə maaşdan əlavə pul veriləcək

SOSİAL 08 okt 2021, 23:29
Qida təhlükəsizliyi sahəsində çalışan işçilərə maaşdan əlavə pul veriləcək.

Trend-in məlumatına görə, “Qida təhlükəsizliyi haqqında” yeni hazırlanan qanun layihəsində bu sahədə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur.

Belə ki, yeni qanun layihəsinin 39-cu maddəsində qeyd olunur ki, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən və bu Qanuna əsasən tutulan dövlət rüsumlarından toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

Qanun layihəsinin Milli Məclisin payız sessiyası çərçivəsində müzakirə edilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top