“Vətən müharibəsi - qələbənin simaları” fotomüsabiqəsi davam edir


MEDİA 08 okt 2021, 14:47
Heydər Əliyev Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Medianın İnkişafı Agentliyi (MEDİA), Media Təhlil Mərkəzi (MTM) və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsi - qələbənin simaları” adlı fotomüsabiqə davam edir.

Demokrat.az xəbər verir ki, məqsəd 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı yaşanmış hadisələri, zabit və əsgərlərimizin döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmanlıqlarını fotolar vasitəsilə geniş ictimaiyyətə bir daha çatdırmaqdır.

Münsiflər heyəti müsabiqəyə təqdim olunan fotoları peşəkar və həvəskar çəkiliş kateqoriyaları üzrə aşağıdakı nominasiyalara uyğun qiymətləndirəcək:

Qələbənin simaları;

Müharibə dağıntıları;

Müharibə xatirələri;

Ziyarətçilərin baxış və bəyənmələri üzrə (qaliblər sosial mediadakı bəyənilmələrin sayı ilə müəyyən ediləcək).

Qaliblər qiymətli hədiyyələrlə təltif olunacaq.

Müsabiqəyə təqdim edilən bütün fotolar müsabiqə müddətində “Instagram”da “foto.musabiqe” səhifəsində paylaşılacaq.

Müsabiqənin yekununda noyabrın 8-də Heydər Əliyev Mərkəzində seçilmiş fotolardan ibarət sərgi təşkil olunacaq.

Müsabiqədə iştirak etmək istəyən şəxslər fotoları 2021-ci il noyabrın 1-dək [email protected] e-mail ünvanına göndərməlidir. Əlavə məlumatı “Regional İnkişaf” İctimai Birliyinin “150” Çağrı Mərkəzi və ya +99412 5050150, +99412 5056001 telefon nömrələri ilə əlaqə saxlamaqla əldə etmək olar.

Fotomüsabiqənin şərtləri:

Hər bir fotonun həcmi 5 MB-dan artıq olmamalıdır.

Fotolar JPG formatda təqdim edilməlidir.

Bir iştirakçı bir neçə foto təqdim edə bilər.

Zərurət yarandıqda münsiflər heyəti tərəfindən fotonun ilkin variantı tələb edilə bilər.

Təqdim olunan fotoların üzərində müəllifin imzası və loqo yerləşdirilməməlidir.

Fotolar üzərində heç bir halda fotoredaktə edilməməlidir.

Müsabiqəyə yalnız Vətən müharibəsi dövründə çəkilmiş fotolar təqdim olunmalıdır.

Fotoda əks olunmuş şəxslərin razılığı iştirakçı tərəfindən alınmalıdır.

Fotolardan kommersiya məqsədilə istifadə olunmayacaq.

Fotolar göndərilərkən iştirakçının adı, soyadı və atasının adı (fotonun müəllifi iştirakçı özü olmadığı təqdirdə müəllifin adı, soyadı və atasının adı), doğum tarixi, fotonun adı, çəkildiyi yer (müəyyən etmək mümkün olduğu təqdirdə), əlaqə nömrəsi, yaşayış və e-mail ünvanları qeyd olunmalıdır.

Fotoların son qəbul tarixi noyabrın 1-də olacaq.  Səsvermənin son tarixi noyabrın 7-dədir. 

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top