Ermənistan virusa yoluxanları dövlət hesabına müalicə etməkdən imtina edir

REGİON 08 okt 2021, 00:26
Ermənistanda peyvənd olunmaqdan imtina edən, lakin koronavirusa yoluxan xəstələrin müalicəsi pullu ola bilər.

Bu barədə Ermənistanın səhiyyə naziriliyinin mətbuat katibi Ripsime Xaçatryan məlumat verib.

R. Xaçatryanın sözlərinə görə, hazırda bununla əlaqədar müzakirələr davam edir, yekun qərar hələ verilməyib.

O, əlavə edib ki, koronavirusa yoluxmuş şəxsin müalicəsi təxminən 800 min drama (təxminən 1 600 ABŞ dollarına - red.) başa gəlir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top