Əli Həsənov feysbuk profilini bağladı

GÜNDƏM 07 okt 2021, 16:10
Son vaxtlara qədər tez-tez feysbukda müxtəlif paylaşımlar edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov artıq sosial şəbəkə hesabını bağlayıb. 

Bu barədə modern.az məlumat yayıb. 

Bildirilir ki, sabiq şöbə müdiri feysbukda ölkə əhəmiyyətli hadisələrə münasibət bildirməklə gündəmdə qalmağa çalışırdı. Hətta bəzən özü barədəki suallara da buradan cavab verərək şəxsinə qarşı ittihamlara da münasibət bildirib. Ancaq Ə. Həsənov feysbukdakı profilini dondurub. Bu səbəbdən də onun sosial şəbəkədə aktivliyi müşahidə olunmur.

Bununla  yanaşı, Ə. Həsənovun feysbuk səhifəsi isə açıq olaraq qalıb. Ancaq o, səhifədə sonuncu paylaşımını bu ilin iyul ayında edib.

Qeyd edək ki, Ə.Həsənov 1995-ci ildən 2019-cu ilə kimi Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top