Mollalar unutmasınlar: Cənublu soydaşlarımız Bakıdan edilən bir çağırışa hər an ayağa qalxa bilərlər! — TƏHLİL

TƏHLİL 05 okt 2021, 17:17
Son günlər İrandan Azərbaycana edilən hücumlar göstərir ki, mollalar başlarına qoyduqları əmmamələr beyinlərinə gedən oksigenin qarşısını o qədər alıb ki, nə dediklərini, nə etdiklərini bilmirlər. Mollalar sözün əsl mənasında başlarını itiriblər.

Azərbaycan İrandan Xankəndinə yük daşınmasının qarşısını almaq üçün Gorus-Qafan yolunda praktiki addımlar atanda molla rejimi sərhəd bölgəsində hərbi təlimlərə başladı. Halbuki, rəsmi Bakı dəfələrlə Tehrandan ərazi bütövlüyünə hörmət etməsini, bu qanunsuz daşımalara son qoymasını istəmişdi. Adekvat cavab verilmədiyi üçün də praktiki addımlar atıldı.

İran sərhəddə keçirdiyi hərbi təlimləri suveren hüquqi sayır. Amma sual olunur ki, niyə Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində o bölgədə heç bir təlim keçirilmirdi, məhz Azərbaycan işğala son qoyduqdan sonra başladınız?!


Tehran cavab vermir, çünki verməyə cavabları yoxdur. Əvəzində iddia edirlər ki, bölgədə İsrail var. Prezident İlham Əliyevin dediyi kimi, “İsrail hardadır?”.

Zəngilanda camış fermasını özünə təhdid görən İranın davranışı İbrahimxəlil Kimyagərdən gümüş istəyənlərin gözünə görünən meymuna bənzəyir. Azərbaycanda nə olursa, meymun şəkilində İranın üstünə cumur. 

İsrail təyyarələri demək olar ki, hər gün İranın Yaxın Şərqdəki mövqelərini bombalayır, darmadağın edir. 



Sual yaranır, camış fermasını özünə təhdid görən İran niyə buna cavab vermir? 

Əslində gücü çatmır və Azərbaycanı zəif bənd kimi gördüyü üçün buradan hücuma keçir.

Halbuki, İranın hücumlarının hədəfi İsrail yox, məhz Türkiyədir. “Sionist” iddiasını da məhz buna görə ortaya atır. Çünki açıq şəkildə Türkiyənin bölgədə olmasını qəbul etmədiyini desə, bu, həm Azərbaycanda, həm də Cənubi Azərbaycanda milli xəttin ön plana çıxmasına gətirib çıxaracaq. İran da “sionistlərə qarşı mübarizə aparıram” deməklə öz məkrli planını gizlədir. 

İranın dini rəhbəri başda olmaqla rəsmi şəxsləri tərəfindən Azərbaycana qarşı irəli sürülən iddialar, ittihamlar gülünc olduğu qədər də təhlükəlidir. Proseslər onu göstərir ki, İran heç də İslam təəssübkeşliyi çəkmir, əksinə, Ermənistanı xilas etməyə çalışır. 


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfəri zamanı əldə olunan razılaşmalar, İranın hərtərəfli dəstək verəcəyinə dair vədləri də bunu təsdiqləyir. 

Təəccüblü deyil, çünki İran işğal dövründə də Ermənistana dəstək verirdi, işğala son qoyulduqdan sonra da. İşğal dövründə də Qarabağda İran şirkətləri fəaliyyət göstərirdi, işğala son qoyulduqdan sonra da. Bununla bağlı kifayət qədər faktlar var.

Ermənistanda və Qarabağda faliyyət göstərmiş İran şirkətlərinin sayı elə hər şeyi aydınlaşdırır.

Ermənistandakı İran şirkətlərinin mətbuata məlum olan siyahısı:

 “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan).

İşğal dövründə Qarabağda fəaliyyət göstərən İran şirkətləri:

“Banke Melli İran”, “İran İslam Bankı”, “Keşavarazi Bankı”, “Ənsar Bank”, “Ayəndəh Bank”, “Banke Hekmətİranian”, “Banke Mellət”, “Banke Keshvəravazi”, “Banke Xalifəthijəmalad”, “Banke Saderat”, “Banke Sepah”, “Banke Tejaret”, “Banke Ghavamin”, “Banke Parsian”, “Banke Qharzolhasaneh Mehr”, “Banke Refah”, “Banke Pasargad”, “Banke Saman ATM”, “Banke Samen”, “Banke Sina”, “Banke Maskan”, “Banke Post”, “Banke Egthesade Novin”, “Banke Eqtesad Novin”, “Banke Touse Saderat”.



Xankəndidə hələ də İranın fəaliyyət göstərən şirkətləri var.

İran addımları ilə bir daha təsdiqləyir ki, İslam Respublikası adına adekvat ölkə deyil və tarix boyu Azərbaycana da, elə İslama da xəyanət edib.

Bu xəyanət yenə davam edir. Azərbaycanın Naxçıvana hərbi təyinatlı uçuşları üçün hava yolunun bağlanması da İranın növbəti xəyanətidir. 

İndi ya mollalar başlarındakı əmmamələri çıxarıb normal düşünmələri üçün beyinlərinə oksigen getməsinə imkan yaradacaqlar, ya da baş verənlərin itirən tərəfi də elə İran olacaq. 

Azərbaycan artıq 90-cı illərin zəif ölkəsi deyil, bölgədə şərtləri rəsmi Bakı diktə edir və İran da bununla hesablaşmalıdır. 

Fars rejimi Cənubi Azərbaycandakı soydaşlarımızın da qəzəbini unutmamalıdırlar. Çünki cənublu soydaşlarımız Bakıdan edilən bir çağırışa hər an ayağa qalxa bilərlər! 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top