Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü başa çatdı — YENİLƏNİB


HƏRBİ 05 okt 2021, 10:37
Azərbaycan Müdafiə Nazirliyi müdafiə naziri general-polkovnik Zakir Həsənovun Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşü barədə məlumat yayıb. 

Demokrat.az
xəbər verir ki, məlumatda deyilir: 

“Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətlərimiz arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi xüsusi vurğulanıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildirib.

General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə Gürcüstan tərəfinə dərin təşəkkürünü bildirib.

Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin keçirilməsinin ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğu bir daha diqqətə çatdırılıb.

Görüşün sonunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planı imzalanıb.

Müdafiə sahəsi üzrə əməkdaşlığın genişlənməsinin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə və inkişafına töhfə verəcəyi qeyd olunub”.

X X X

Gürcüstanda səfərdə olan Azərbaycaın müdafiə naziri general-polkovnik Zakir Həsənovun gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşü başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə iki ölkənin Müdafiə Nazirlikləri arasında əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub.

Tərəflər Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, bu münasibətlərin daha da dərinləşməsinin vacibliyi vurğulanıb.

Görüşün sonunda iki ölkə arasında müdafiə sahəsində əmədaşlıq planı imzalanıb.

***10:09

Azərbaycan və Gürcüstanın müdafiə nazirləri - general-polkovnik  Zakir Həsənov və Cuanşer Buçuladze arasında ikitərəfli görüş başlayıb.


“Report”un yerli bürosu xəbər verir ki, görüş Kaxeti bölgəsində keçirilir.

Daha sonra gürcü nazir türkiyəli həmkarı Hulusi Akarla görüş keçirəcək.

İkitərəfli görüşlərdən sonra müdafiə nazirlərinin üçtərəfli görüşü başlayacaq. 

Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir
Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü olub, sənəd imzalanıb

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top