Peyvənd olunanların sayı açıqlandı

GÜNDƏM 04 okt 2021, 16:23
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 061 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 738 000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 808 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 929 626 təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top