Erməni jurnalistlər hakimiyyəti ifşa edir

REGİON 04 okt 2021, 14:56
Ermənistanın məşhur KİV-lərindən olan “News.am”ın kollektivi maraqlı bir kampaniya başladıb. Sayt kollektivi “44 Günlük müharibə: Rəsmi və real xronika” adlı rubrika yaradıb, burada Ermənistanın siyasi və hərbi rəhbərliyinin 44 günlük müharibə dövründə danışdıqları yalanların siyahısını təqdim edir.

Saytın jurnalistlərdən ibarət “tədqiqat qrupu” Ermənistanın Prezident Aparatı, Baş nazir ofisi, Müdafiə Nazirliyi və digər rəsmi qurumların 44 günlük müharibə dövründə verdikləri bütün açıqlamaları toplayıblar, həmin informasiyaları müharibədən sonra üzə çıxan reallıqlarla müqayisə ediblər.

Beləliklə, yalanları müəyyənləşdirib xronoloji ardıcıllıqla təqdim edirlər. Ən maraqlı təqdimatlardan birini də 3 oktyabra, Suqovuşanın azad edilməsinə (ermənilər onu Azərbaycanın Madagizi işğalı etməsi kimi təqdim edirlər) həsr ediblər.

“Müharibənin 7-ci günü-3 oktyabr” başlığı ilə verilən yazıda onlarca yalanın siyahısı verilib. Amma hamısını oxumağa gərək yoxdur, ilk abzas hər şeyi ifadə edir. İlk abzasda yazılır: “Müharibənin 7-ci günü, oktyabrın 3-də səhər saat 8:30-da Müdfiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan Ermənistan ordusunun uğurlu əməliyyatları barədə açıqlama verdi, çoxlu sayda düşmənin qətlə yetirildiyini bildirdi. Dedi ki, düşmənin indiyədək olan itkilərinin sayı 3 mindən çoxdur. Həmin gün axşam Hovhannisyan məlumat yaydı ki, bu günkü döyüşdə düşmən 400 nəfərə qədər itki verib, qarşılığında da heç bir uğur qazanmayıb. Onun sözlərindən nəticə çıxırdı ki, düşmən 3 oktyabr axşamı da daxil omaqla, müharibənin ilk 7 günündə 3400 nəfər canlı itki verib, heç bir nəticə qazanmayıb. Amma 44 günlük savaş bitdikdən sonra aydınlaşdı ki, düşmən oktyabrın 3-də Madagizi işğal edib. Həmçinin, nənki 7 gün ərzində 3400 nəfər itki veməyib, ümumilikdə 44 gün ərzində itkilərinin sayı 2900 nəfər olub. Bu fakt AŞPA -nın bu yaxınlarda qəbul etdiyi qətnamədə də görünür. Qətnamədə bütün müharibədə həlak olan azərbaycanlıların sayı 2900 olaraq göstərilmişdir…".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top