Saakaşvili aclıq aksiyasına başladı

GÜNDƏM 02 oktyabr 2021, 00:19
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxanada aclıq aksiyasına başlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə onunla bir neçə saat əvvəl görüşən Gürcüstanın ombudsmanı Nino Lomjariya məlumat verib.

O, qeyd edib ki, Saakaşvili Ukraynanın Gürcüstandakı konsulu ilə görüşmək istəyir.

"Mən həbsxanaya daxil olanda o, tibbi müayinədən keçirdi. Mixeil Saakaşvili aclıq elan etdiyini dedi", - deyə ombudsman bildirib./Modern.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top