Şəhid Şamil Nəcəfovun il mərasimi keçirilib — FOTO

SOSİAL 01 okt 2021, 15:35
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən igid əsgər Nəcəfov Şamil Rəfi oğlunun şəhidlik zirvəsinə ucalmasının bir ili tamam olur.

Bununla əlaqədar olaraq Abşeron rayonunun Saray qəsəbəsində şəhidimizin il mərasimi keçirilib.

Mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin seyidzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. 

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhuna dualar oxunub. 

RİH başçısı İ.Gülməmmədova şəhidin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb. 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top