Bu yerlərə qar yağacaq — PROQNOZ

SOSİAL 01 okt 2021, 08:30
Azərbaycanda oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-18° isti, Bakıda gecə 13-15° isti, gündüz 16-18° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütuna yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

 Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-19° isti, dağlarda gecə 3-8° isti olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top