FHN: “Subasmaya məruz qalan ərazilərdən yağış suları kənarlaşdırılıb” — VİDEO


HADİSƏ 29 sen 2021, 18:33
İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə Demokrat.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Görülən operativ tədbirlər sayəsində paytaxtın Suraxanı və Sabunçu rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top