Bakıda qəza: Avtomobil iki piyadanı vuraraq öldürdü

HADİSƏ 28 sen 2021, 14:18
Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 27-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi VAZ-2104 markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Adil

Canatovu və Tərlan Şahpələngovu vurub.

Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top