Britaniyalı deputat Ermənistanı mina xəritələrini Azərbaycan verməyə çağırıb


GÜNDƏM 27 sen 2021, 19:00
"Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir".
"
Report"un Fransa bürosu xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Con Houell bu gün qurumun işə başlayan payız sessiyasında

"Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

"İnsan ölümünün qarşısını almaq üçün bölgənin minalardan təmizlənməsi vacibdir. Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməlidir. Bütün beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardımçı olmalıdır. Hər iki xalq, Azərbaycan və erməni xalqı sülhə doğru irəliləməlidir".


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top