Gürcüstan İlham Əliyev və Paşinyanın Tiflisdə görüşünün keçirilməsini təklif edib

GÜNDƏM 27 sen 2021, 19:35
Gürcüstan Ermənistan və Azərbaycanın yüksək səviyyəli şəxslərin əlaqələri üçün Tiflisdə platforma yaradılmasını təklif edir.

Azpost.info bildirir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə bəyan edib.

Baş nazirin sözlərinə görə, iyun ayında erməni əsirlərinin mina xəritələri müqabilində qaytarıması zamanı Gürcüstan vasitəçi kimi çıxış edib.

“Bu misilsiz bir hadisə idi. Müstəqillik qazanandan bəri Gürcüstanın iki qonşu ölkə arasında vasitəçi kimi çıxış etməmişdi. Biz bunu uğurla icra etdik”.

Baş nazir deyib ki, onun təklifi Bakı və İrəvan arasında dialoqu yüksək səviyyədə davam etdirməkdir. Bunun üçün Gürcüstan öz tərəfdaş ölkələri olan Ermənistan və Azərbaycana Tiflisdə yaradılması planlaşdırılan vasitəçi platformanı təklif edir.bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə bəyan edib.

Baş nazirin sözlərinə görə, iyun ayında erməni əsirlərinin mina xəritələri müqabilində qaytarıması zamanı Gürcüstan vasitəçi kimi çıxış edib.

“Bu misilsiz bir hadisə idi. Müstəqillik qazanandan bəri Gürcüstanın iki qonşu ölkə arasında vasitəçi kimi çıxış etməmişdi. Biz bunu uğurla icra etdik”.

Baş nazir deyib ki, onun təklifi Bakı və İrəvan arasında dialoqu yüksək səviyyədə davam etdirməkdir. Bunun üçün Gürcüstan öz tərəfdaş ölkələri olan Ermənistan və Azərbaycana Tiflisdə yaradılması planlaşdırılan vasitəçi platformanı təklif edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top