Müdafiə naziri II Fəxri xiyabanı ziyarət etdi — FOTOLAR

HƏRBİ 27 sen 2021, 12:15
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edib.

Demokrat.az xəbər verir ki, ziyarətçilər sırasında Z.Həsənovla yanaşı, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə Nazirliyinin əməkdaşları da olublar.

Onlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların xatirəsi ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri qoyublar.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top