Şəhid övladları Şuşada ağacəkmə aksiyasında iştirak ediblər — FOTO


SOSİAL 26 sen 2021, 16:16
“YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Şəhid əmanətləri Şuşada” layihəsi başa çatıb.

Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində şəhid övladları Şuşa şəhərində ağacəkmə aksiyasında iştirak ediblər.

Aksiya çərçivəsində şəhidlərimizin övladları tərəfindən 100 ədəd Eldar şamı ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd övladları tərəfindən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və azad olunmuş Şuşa şəhərinin ərazisində ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etməkdir.
Şəhid övladları Şuşada ağac əkdilər -FOTO
Şəhid övladları Şuşada ağac əkdilər -FOTO
Şəhid övladları Şuşada ağac əkdilər -FOTO
Şəhid övladları Şuşada ağac əkdilər -FOTO
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top