Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir — VİDEO


HƏRBİ 25 sen 2021, 15:39
Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi davam edir.

Əlahiddə Ümumqoşun Ordudan Demokrat.az-a verilən məlumata görə, təlimin ssenarisinə əsasən hərbi qərar qəbuletmə prosesinə uyğun əməliyyatların birgə planlaşdırılması üzrə tədbirlər həyata keçirilir.

Qoşunlar arasında qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olmaq üçün idarəetmə məntəqələrində qərargahlar tərəfindən verilən tapşırıqlar xəritə üzərində icra olunur.

Qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilir.



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top