"Prezident BMT-nin tribunasından Azərbaycan və Ermənistanın məqsədlərini dünya auditoriyasına çatdırdı"

GÜNDƏM 24 sen 2021, 16:21
“BMT-nin Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında cənab Prezidentin əsas diqqət yetirdiyi məsələlərdən biri də regionda sülhün və əməkdaşlığın yaranmasına çağırışlar oldu. Paşinyan yenə də öz ampulasındadır və sərsəm çıxışlarına davam etdirir. Paşinyanın sərsəm bəyanatları Ermənistanın sonuna yaxınlaşdıracaq. Cənab Prezident Paşinyandan fərqli olaraq çıxışlarında regionda sülhün və əməkdaşlığın yaranmasına qarşı tərəfi dəvət edir. Dövlət başçısı beynəlxalq ictimaiyyətin bu istiqamətdə müsbət rol oynamalı olduğunu və Ermənistana çağırışın vacib əhəmiyyətini ifadə etdi”.
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışına toxunan deputat Azərbaycanın Ermənistana sülh müqaviləsi haqda gündəliyi təqdim etdiyini xatırladıb:

“Lakin Ermənistandan hələ də bir cavab yoxdur. Azərbaycan Zəngəzur dəhlizinin, o cümlədən kommunikasiyaların açılmasını istəyir, Ermənistan isə buna mane olur. Azərbaycan regionda dayanıqlı sülhün əldə olunması üçün sərhədlərin delimitasiya və demarklasiya olunmasına çağırış edir. Ermənistan isə revanşist bəyanatlar səsləndirir. Prezident İlham Əliyev bütün bu məsələləri BMT-nin tribunasından səsləndirdi və burada Azərbaycanın və Ermənistanın məqsədlərinin nədən ibarət olduğunu dünya auditoriyasının diqqətinə çatdırdı. Bu baxımdan Prezidentin çıxışı vacib mesaj kimi dəyərləndirilməlidir. 

Azərbaycan işğaldan azad etdiyi ərazilərini yenidən qurur və bərpa edir. Həmçinin, paralel olaraq regionda sülhün yaranmasına xidmət edən addımlarını atır. Cənab Prezident öz çıxışında dünya ictimaiyyətinin bu məsələyə biganə qalmaması və regionda dayanıqlı sülhün əldə olunması ilə üçün Ermənistana çağırış etməsinin vacibliyinə toxundu”.
 
Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top