Vahid Əhmədov səfir Səud Əbdüleziz Əlrumi ilə görüşdü — FOTOLAR

DAXİLİ SİYASƏT 24 sen 2021, 14:34
Milli  Məclisin  deputatı, Azərbaycan-Küveyt  parlamentlər arası  əlaqələr  üzrə  işçi  qrupunun  rəhbəri  Vahid  Əhmədov  Küveyt  Dövlətinin  Azərbaycan  Respublikasındakı  səfiri  Səud  Əbdüleziz Əlrumi ilə görüşüb.

Maraqlı  və  faydalı  keçən  görüşdə  iki  dövlətin  parlamentlərinin  dostluq  qruplarının fəaliyyəti  və  gələcək  planları  barəsində  fikir  mübadiləsi  aparılıb. İki  ölkə  arasında  İqtisadi  əlaqələrin  inkişaf  etdirilməsində, vizanın  sadələşdirilməsində,  turizmin  genişləndirilməsində, iki  ölkə  arasında  hava  yolunun  açılmasında, iş  adamları və  investorlar  üçün  münbit  şəraitin yaradılmasında, Biznes  Forumların  təşkili  və  keçirilməsində,  ticarət  dövriyyəsinin  artırılmasında, humanitar  sahədə  əməkdaşlığın  gücləndirilməsində, mədəniyyət  günləri  və  sərgilərin  təşkilində  parlamentlərarası  dostluq  qruplarının  üzərinə  düşən  vəzifələr  barəsində  fikirlər  səsləndirilib.

Qarabağın  işğaldan  azad  edilməsində  Azərbaycan  Ordusunun  və Ali  Baş  Komandan İlham  Əliyevin  fəaliyyətinə  yüksək  qiymət  verilmiş, Prezidentin  sərəncamına  uyğun  olaraq  hər  il  27  sentyabr  tarixlərində    Anım  günlərinin  keçirilməsində  dostluq  qruplarının  iştirakının  vacibliyi  qeyd  olunub.
 
Gələcəkdə  də  belə  görüşlərin  keçirilməsi  barəsində  razılıq  əldə  olunub. 
 



Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top