Bakıda yeniyetmə qızı maşın vurdu

HADİSƏ 24 sen 2021, 08:56
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Hacıxanova Milena Fərid qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top