Vahid Əhmədov onlayn formatda seçicilərini qəbul etdi

DAXİLİ SİYASƏT 23 sen 2021, 15:52
Millət vəkili Vahid Əhmədov karantin  qaydalarına riayət edilməklə onlayn formatda seçilərini  qəbul edib

Demokrat.az xəbər verir ki, Quba rayonu və qonşu  rayonlardan qəbul üçün müraciət etmiş bütün vətəndaşlar deputat  tərəfindən təkbətək dinlənilib, onların qaldırdıqları  problemlər barəsində qərarlar qəbul  edilib. Tez-tez  gündəmə gələn iş ilə təmin olunma məsələsi bu dəfəki qəbul zamanı da ən çox qabardılan məsələlərdən  olub.

Qeyd  etmək  lazımdır  ki,  bu  məsələ  ilə  bağlı  ikinci Qarabağ  müharibəsinin  iştirakçılarının  və  qazilərinin də  müraciətləri  çoxdur. Müəllimlərin  dərs saatlarının  düzgün  bölüşdürülməməsi, sosial  yardımların  təyin  olunması zamanı  yaranan problemlər, məişət  məsələlərinin  həll  olunmasına  kömək və  digər məsələlər qəbul zamanı müzakirə edilən  suallardan  olub. Bütün  məsələlər qeydiyyata  alınıb, bəzi problemlər  barəsində  operativ  qərarlar  qəbul  edilib.

Qazilərin və müharibə  iştirakçılarının qayğılarının həlli məsələsi millət vəkili  tərəfindən xüsusi olaraq rayon icra  hakimiyyətinin rəhbərliyinin diqqətinə çatdırılıb.




Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top