Vətən müharibəsi qazisi Talıb Rzayev niyə əlillik ala bilmir? — VİDEO

SOSİAL 22 sen 2021, 18:15
44 günlük Vətən müharibəsində yaralanan Talıb Rzayevin indi bir ayağı tamamilə hərəkətsizdir.

Müsahibimiz deyir ki, yaralandığı vaxtdan etibarən Müdafiə Nazirliyinin müxtəlif hərbi hospitallarında müalicə olunub.

Lakin bütün müalicələrə baxmayaraq, əvvəlki sağlamlığına qovuşa bilməyib. Həkimlər Talıb Rzayevin ayağının amputasiya olunmaması üçün ayaq nahiyəsinə implant qoyublar.

Atası və ikinci qrup əlil olan anası ilə birgə yaşayan Talıb əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı təhlillər aparılır.

Qeyd edək ki, Talıb Füzuli, Hadrut, Qubadlı və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib, Daşaltı kəndində qəlpə yarasından xəsarət alıb.

Vətən müharibəsində gösərdiyi şücaət və igidliyə görə bir sıra medallarla təltif olunub. 23 yaşlı Talıb Rzayev həmçinin Vətən müharibəsindən öncə peşəkar futbolçu olub.

O, 2011-ci ildən 2019-cu ilədək “Kəpəz” peşəkar futbol klubunun şərəfini qoruyub. Bu gün isə doğma meydançaya ancaq kənardan baxır.

Daha ətraflı Baku TV-nin süjetində:



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top