Azər Sarıyev: "Əsas hədəf yəhudilər və türklər olub"

GÜNDƏM 22 sen 2021, 14:31
Bəşəriyyətin iki "düşməni"

Dünyanı qana çalxayaraq hakimlik etmək istəyən imperialist güclər öz günahlarını ört-basdır etmək üçün ağıllı və güclü xalqları bəşəriyyətin qarşısına yem kimi atıblar. Əsas hədəf də yəhudilər və türklər olub. Dünayada bütün fitnələrin baiskarı kimi bu iki xalq göstərilib.


Türk kimə nə pislik edib? Hakimlik etdiyi ölkələrdə hansı xalqı aşağılayıb və öz xalqından seçib? Osmanlı, Qacar saraylarında qeyri-türklər daim başda oturdulub, ticarətdə imtiyaz sahibi olublar. Bir "soyqırım" böhtanı uydurulub ki, bunun da xarici imperialist güclər tərəfindən körüklənən erməni qiyamlarından törəyən fitnə olduğu məlumdur. Bu barədə Türkiyə hökumətləri dəfələrlə dünya ictimaiyyətinə müraciət edib ki, arxivlərimiz ixtiyarınızdadır, buyurum, araşdırın! Ancaq araşdırmaq istəyən yoxdur.

Türkün sarsılmaz mübarizliyini, hər vaxt şəhadətə hazır əsgərini və zamanların çağırışları ilə ayaqlaşan elmi inkişafını görən imperialistlərin - sözügedən üstünlüyü dövlət böhranı kimi dəyərləndirən güclərin bu fenomen milləti gözdən salmaq üçün ildən-ilə təkmilləşdirdikləri krizis menecmentləri hər zaman hazır vəziyyətdədir.

Yəhudi kimə nə pislik edib. Hazırda İsraildə yaşayan xalqlar, xüsusən də haqları tapdandığı iddia edilən ərəblər ən üstün hüquqlara malikdirlər.

Dünyada yəhudilər qədər deportasiyaya, təqibə və repressiyaya məruz qalan ikinci xalq yoxdur. Lakin hədsiz zülmlərə, təzyiqlərə rəğmən, Allah vergisi olan zəkaları və zəhmətkeşlikləri sayəsində dünyada ticarət və maliyyə idarəetməsində diqqətəlayiq yer qazana biliblər. Lakin bu fitri zəka və üstün  qabiliyyətlə qazanılan nəticələri maneə görən imperialist güclər yenə də uydurma nəzəriyyələrlə cahil bəşəriyyəti aldadırlar. Bu millətin zamanların çağırışları ilə ayaqlaşan elmi inkişafını, zamanüstü kəşflərini, fövqəladə xüsusiyyətlərə malik silahlı qüvvələr formalaşdırdığını görən imperialistlərin - sözügedən üstünlüyü dövlət böhranı kimi dəyərləndirən güclərin musəvilərə qarşı nifrət kökləmək üçün ildən-ilə təkmilləşdirdikləri qara PR layihələri hər zaman hazır vəziyyətdədir.

Azər Sarıyev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top