Təhsil naziri Gəncədə səfərdədir

SOSİAL 22 sen 2021, 10:01
Təhsil naziri Emin Əmrullayev Gəncə şəhərində Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində fəaliyyət göstərəcək "STEAM" Mərkəzinin açılışında iştirak edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, təhsil naziri "STEAM" Mərkəzində yaradılmış şəraitlə tanış olub.

X X X

Təhsil naziri Emin Əmrullayev Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın açılışında iştirak edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, tədbirdə E.Əmrullayevlə yanaşı Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Təhsil Şöbəsinin əməkdaşları iştirak edir.

X X X

Təhsil naziri Emin Əmrullayev Gəncəyə səfər edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, nazir səfər çərçivəsində Gəncə şəhərində Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyində fəaliyyət göstərəcək "STEAM" Mərkəzinin, Gəncə şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın və Gəncə Dövlət Universitetinin yataqxana kompleksinin açılışlarında iştirak edəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top