Yolu keçən tələbələri maşın vurdu

HADİSƏ 21 sen 2021, 22:25
Bərdədə yolu keçmək istəyən iki tələbəni maşın vurub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Şorəli kəndində baş verib.

Belə ki, kənd sakinləri 2002-ci il təvəllüdlü Hüseynov Murad Pərviz oğlu və 2002-ci il təvəllüdlü Aslanzadə Nihat Qoşqar oğlu yolu keçmək istəyən zaman onları kiçik tutumlu "Ford" markalı yük maşını vurub.

Hər iki yaralı Bərdə rayonu Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, gənclər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top